NODE.JS DƏRS 1

Hasan Jafarov
3 min readFeb 9, 2020

--

Artıq javascript ilə edə bilməyəcyimiz şey yoxdur. Mobil, Web, Desktop proqramları sadəcə javascript libraryləri isitfadə etməklə yaza bilərik. Ümumiyyətlə javascript front tərəfdə browser üzərində çalışan dil olaraq bilinir amma node.js ilə server-side yəni server tərəfdə çalışan javascript apllicationlar yaza bilərik.

node.js 2009-cu ildə ortaya çıxmışdır. V8 javascript engine üzərində işləyən bir javascript runtime platformudur. V8 google chrome -un da üzərində çalıştığı C, C++ və javascript ilə kodlanan engine-dır. Google tərəfindən yaradılıb. Əsas və demək olar tək işi javascript kodlarını maşın kodlarına çevirməkdir.

Node.js qurmaq üçün node.js saytına girib download bölümündən yükləyib çox sadə şəkildə qura bilərsiniz. Ümumiyyətlə isə npm paketləri ilə işliyirsinzsə böyük ehtimal node.js kompüterinizə artıq qurulub. Normal qurulduğunu və hansı versiya olduğunu öyrənmək üçün terminaldan node -v yazıb yoxlaya bilərsiniz.

Deyək ki node.js-i qurduq və indi yeni bir node.js proyekti yaradaq. Bunun üçün proyekti yaratmaq istədiyimiz folder-ə gedirik. Terminalı açırıq eyni yolu cd ilə seçirik.

PS: Bu işlər üçün git SCM daha yaxşıdır.

İndi terminaldan proyektimizi yaradaq. Bunun üçün npm init (və ya qısaca npm i) yazırıq. Bizdən aşağıdakı məlumatları istiyir.

package name: helloworld
version: 1.0.0
description: Node.js birinci dərs
entry point: index.js
test command:
git repository:
keywords:
author: Hasan Jafarov
license:

Hər şey nromal getdikdən sonra folder-ə baxsaz orda package.json faylının əmələ gəldiyini görəcəksiz. Bu proyektimizin konfiqurasiya faylıdır. Proyektimiz haqqında bütün məlumatlar burda saxlanılır. Əgər yeni bir npm paketi əlavə etsək bu paketi package.json faylına da əlavə olunacaq.

Biz proyekti yaradanda bizdən entry point istəmişdi. Bunun default dəyəri index.js -dir. Biz bura heçnə yazmadığımız üçün proyekt çalışanda ilk olaraq index.js axataracaq. İndi biz index.js faylını manual olaraq yaradaq və kodlarımızı ora yazaq.
PS: Kod yazmaq üçün IDE seçimi Visual Studio Code yaxşı seçim olar.

İndi index.js açırıq və çox sadə kodlarımız yazırıq.

const http = require(‘http’);

const server = http.createServer((req, res) => {

res.write(‘Hello World’);

res.end();

});

server.listen(5555, () => {

console.log(‘Proyektiniz uğurla işləyir. localhost:3000 yazaraq proyektinizdə işləyə bilərsiniz.’);

});

Yazdığımız kodun nə olduğuna baxaq. Require ilə istifadə edəcəyimiz modulları proyektimizə daxil edirik. Biz burada server əməliyyatları üçün http modulunu daxil etdik. http.createServer ilə bir server yaradırıq. server.listen metodu ilə bizim porta gələn istəklərə cavab veririk. Burada port olaraq 5555 seçdim. Bundan sonra proyektimiz çalışdırmaq üçün node index.js istifadə edirik. Nəticədə terminalda “Proyektiniz uğurla işləyir. localhost:5555 yazaraq proyektinizdə işləyə bilərsiniz.” mesajı çıxacaq.

Browserdə isə localhost:5555 yoxlasaq hello world sözü ilə qarşılaşacayıq.

PS: port seçərkən artıq istifadədə olan portları seçməmək lazımdır. Firewall-ın portu bloklamış ola biləcəyini unutmayın.Təşəkkürlər.

--

--

No responses yet