Python dərs 1
Python öyrənilməsi asan olan yüksək səviyyəli və obyekt yönümlü proqramlaşdırma dilidir. Python müxtəlif sahələrdə ən çox istifadə olunan dildir. Əsasən data science sahəsində məşhurluğu artan bu dili həmdə web, mobil proqramlaşdırmada, oyunlar yazmaqda və s sahələrdə istifadə edilir. Python qurmaq üçün www.python.org saytından download edib qura bilərsiz. Python qurulanda öz IDE si də qurulacaq. Bu İDE-ni açıb python kodları yazmağa başlaya bilərsiz və ya adi notepadda yazmaq olar. Ən çox istifadə olunan IDE-lər isə pycharm, visual studio code, jupyter notebook, spyder, atomdur. Python 2 və Python 3 versiyaları var. Bu dərslərdə biz Python 3 öyrənəcəyik. Bu dərslər həmçinin sizə PCEP, PCAP, PCPP imtahanlarına hazırlaşmaqda yardımçı olacaq.
İndi isə başlayaq kod yazmağa. Klassik olaraq hello world yazdıraq. Pythonda ekrana yazdırmaq üçün print ifadəsindən istifadə olunur. Yazılışı bu şəkildədir print mötərizə açılır ifadə və ya ifadələr yazılır mötərizə bağlanır. Pythonda hər sətirin sonunda nöqtə-vergül yazmağa ehtiyac yoxdu sadəcə enter ilə aşağı sətrə düşmək bəs edir. Python command tool-u açaq hələki hər hansı İDE istifadə etmədən “qara ekran”-da sadə şeylər yazaq.
print(“Hello World!!!”)
Yuxarıda gördüyüz kimi məndə Python 3 versiyasıdır daha dəqiq desək 3.7.4 . Ola bilərki github-dan götürdüyünüz bəzi kodlarda printin başqa istifadələri ilə rastlaşasınız.
print “Hello World”
Bu Python 2 versiyasıdır. Əgər əlinizdə belə kod varsa onu compile etmək üçün Python 2 compileri lazım olacaq.
Pytonda comment yazmaq üçün # istifadə olunur. Çoxsətirli komment üçün isə ‘’’ komment’’’ şəklində yazmaq olar. printin haqqında bir neçə nümunəyə daha baxaq.
#print vergüllə ayrılmış sözlər arasına özü boşluq (space) atır
Print(“hello”,”world”)
‘’’Digər print istifadələrinə baxaq.
Çox sətirli kommenti burda bağlayaq. ‘’’
print(“Hello\nWorld”)
print(“\tHello\tWorld”)
#yuxarıda demişdik print sözlər arasına boşluq qoyur. Yəni seperate defult dəyəri ‘ ’ budur.
#Biz bunu dəyişə bilirik . Məsələn sözlər arasında ‘_’ qoyaq.
print(“Hello”,”World”,sep=”_”)
#sona nöqtə qoyaq.
#end default dəyəri yeni sətirə keçmək üçün olan “\n”-dir. Biz bunu dəyişə bilərik.
print(“Hello”,”World”,sep=”_”,end=”.”)
#print heç bir argument almadan da işləyəcək və boş sətir yazacaq
print(3*4)
print(“3”*4)
print(“3”*”4”) #xəta verəcək
print(“3”+”4")
print(3+4)
print(“\”) #xeta
print(“\\”)
Bu şəkildə hələki çox çox sadə bir giriş edək . Pythonu azda olsa bilən biri üçün bu məqalənin təbiki əhəmiyyəti yoxdur.