Python dərs 2 Operatorlar və dəyişənlər
Bu dərs python operatorları və dəyişən tipləri haqqında olacaq. +, -, *, /, //, %, ** operatorlarının istifadəsinin nümunələrinə baxaq.
Dəyişən adı rəqəmlə başlaya bilməz, boşluq ola bilməz, keywordlər dəyişən adı kimi istifadə oluna bilməz.
Katetləri 3 və 4 olan üçbucağın hipotenizini tapaq.
Operatorları qısa şəkildə belə yazmaq olar.
Dəyişənlərin tipləri haqqında nümunələrə baxaq. Integer və ya int tam ədəd, float kəsr ədədlər, string özündə istənilən uzunluqda text saxlayır. bool tipləri özündə iki dəyər saxlayır True və False.
Müqayisə operatorlarına baxaq.
print(5<5.0 or 5==5.0) #True . or operatoru hər hansı tərəf True dirsə True qaytarır. Hər iki tərəf #False-dırsa False qaytarır.
print(5<5.0 and 5==5.0) #True. and operatoru hər iki tərəf True-dırsa Truedır. Qalan bütün hallarda #False
print(not(5==5)) #False. Not operatoru Truenı False-a False-ı True-ya çevirir.
Bit operator nümunələrinı baxaq. Bit operatorları bunlardır. &, |, ^, ~, <<, >>. Bu operatorları yaxşı başa düşmək üçün ikili say sistemini başa düşmək lazımdır.
a=3 & 5
print(a) #1
Hesablam şəkli belədir. Əvvəlcə ədədlər ikili say sisteminə çevirilir. 3=0011 5=0101. Sonra bunlar üzərində & operatoru tətbiq olunur. Eyni yuxarıda and operatoruna bənzər şəkildə.
0011 & 0101 = 0001
0001=1
Ümumiyətlə baxsaq. 1&0=0, 0&0=0, 1&0=0, 1&1=1
a=3 | 5
print(a) #7
Eyni şəkildə.
0011 | 0101 = 0111
0111=1*2⁰ + 1*2¹+1*2²+0*2³=1+2+4+0=7
Ümumiyətlə baxsaq. 0 | 0 =0, 0 | 1=1, 1 | 0=1, 1|1=1
a=3 ^ 5
print(a) #6
Eyni şəkildə.
0011 ^ 0101 = 0110
0111=0*2⁰ + 1*2¹+1*2²+0*2³=0+2+4+0=6
Ümumiyətlə baxsaq. 0 ^ 0 =0, 0 | 1=1, 1 | 0=1, 1|1=0
a=~3
print(a) #-4
~(0011)=1100= -(100)
-(100)=-(0*2⁰+0*2¹+1*2²)=-4
Ümumiyyətlə baxsaq. ~0=1, ~1=0
print(4<<2) #16
print(4<<1) #8
<<operatorunu bu şəkildə yadda saxlamaq olar. x<<y=x*(2^y)
4<<2=4*2²=4*4=16
4<<1=4*2¹=4*2=8
print(4>>2) #1
print(4>>1) #2
print(4.0>>2) #error sadece integer ədədlər üçün istifadə oluna bilər.
>> operatorunu bu şəkildə yadda saxlamaq olar. x>>y=x//(2^y)
4>>2=4//2²=4//4=1
4>>1=4//2¹=4//2=2
Həmişə yuvarlaq rəqəm geri qaytarır.
print(4>>3) #0
4>>3=4//2³=4//8=0